MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 1000 manatı ötüb
Kateqoriya məlum deyil
MDB ölkələrinə beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı xidmətinin dəyəri 2021-ci ilin aprelində əvvəlki aya nisbətən kəskin artıb. Ay ərzində MDB ölkələrinə uçuş qiyməti orta hesabla 31 faiz artaraq 1097 manata çatıb.
Sfera.az rəsmi statistikaya istinadən xəbər verir ki, martda MDB ölkələrinə uçuş qiyməti orta hesabla 843 manat idi.
Xatırladaq ki, MDB ölkələrinə uçuş qiymətlərində kəskin artım ilk dəfə yanvarda qeydə alınıb. Həmin tarixdə bir biletin qiyməti 330 manatdan 817 manata yüksəlmişdi.
Vasif
Sfera.az






