Logo

Rəhman Hacıyev: "Bu sənəd ölkəmizdə yeni mərhələyə qədəm qoyacaq"

Rəhman Hacıyev: "Bu sənəd ölkəmizdə yeni mərhələyə qədəm qoyacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bü gün Milli Məclisdə "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəsində iştirak etdim".

Sfera.az xəbər verir ki, bu barədə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev məlumat verib.

Sədr bildirib ki, bu layihəyə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində "Şuşa Şəhəri Dövlət Qoruğu” yaradılır.

"Parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Şuşa şəhərində dövlət siyasətinin əsas istiqamətlərini; Şuşa ərazisində və onun mühafizə zonasında hüquqi tənzimləməni; abidələrin bərpası, qorunması, öyrənilməsi, istifadəsi və təbliğini; ətraf mühitin mühafizəsini; Şuşa ərazisində tikinti, memarlıq və şəhərsalma fəaliyyətini; nəqliyyatın təşkilini; mənzil fondunun idarə edilməsini; sahibkarlıq, reklam, turizm və digər fəaliyyətləri; həmçinin Şuşada beynəlxalq səviyyəli tədbirlərin keçirilməsini və digər bir sıra mühüm məsələləri tənzimləyəcək.

Rəhman Hacıyev qeyd edib ki, bu müfəssəl sənəd müasir dövlət idarəçilik standartlarının ölkəmizdə tətbiq olunmasının yeni mərhələsinə qədəm qoyacaqdır:

"Qanun layihəsi ilə bağlı bəzi təklif və şərhlərimi hörmətli millət vəkilləri və həmkarlarımın diqqətinə çatdırdım.

Müzakirələrin yekununda qərara alınıb ki, qanun layihəsi birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunsun".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR