Logo

Yumşalmaların tarixi AÇIQLANDI: İdman zalları iyunda, toylara isə… - VİDEO

Yumşalmaların tarixi AÇIQLANDI: İdman zalları iyunda, toylara isə… - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Toylarla bağlı müəyyən normativlər olacaq, iştirakçı sayı və müddətlə bağlı məhdudiyyətlər tətbiq ediləcək".

Sfera.az xəbər verir ki, bunu "ARB 24"ün "İş vaxtı" verilişinə açıqlamasında həkim Vasif İsmayıl deyib.

"Yəqin ki, toy və yas məclislərinə icazə ilə bağlı qərarlar olacaq. Lakin bunun üçün bir neçə ay gözləməli olacağımızı düşünürəm", - o bildirib.

Həkim qeyd edib ki, iyunda idman zalları ilə bağlı da qərarın qəbulu gözlənilir:

"Bu gün ən vacib və açılması real olan məsələlərdən biri idman zallarıdır. İdman zalları məsələsini mütləq qaldırmaq lazımdır. Bu zallara nəzarət etmək və reyd keçirmək asandır.

Hesab edirəm ki, iyunda karantin tədbirləri ilə bağlı bir çox dəyişikliklərin olacağını görəcəyik". (oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR