Logo

"Vaşinqton da Avropa İttifaqının yanında yer alarsa, Qafqaz alovun mərkəzinə çevriləcək" - Politoloq

"Vaşinqton da Avropa İttifaqının yanında yer alarsa, Qafqaz alovun mərkəzinə çevriləcək" - Politoloq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən gün Avropa Parlamenti Azərbaycanın erməni hərbçilərini "təcili və şərtsiz" azad etməsi ilə bağlı qətnamə qəbul edib.

Sfera.az-ın məlumatına görə, bununla bağlı "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, "Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır” demək asandır:

"Azərbaycana qarşı haqsızdırlar, ədalətli mövqedən çıxış etmirlər. Ancaq eyni qurum vaxtilə Azərbaycanın ərazi bütövlüyünə dəstək verən sənədlər də qəbul edib, onlardamı kağız parçasıdır? Axı həmin sənədlərə istinad etmişik.

İşləmək və elə etmək lazımdır ki, Avropadakı dostlarımız hərəkətə keçsinlər, haqlı mövqeyimiz haqqında səslərini ucaltsınlar. Bunun həyata keçirilməsi üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və Ombudsman Aparatı birgə çalışmalıdırlar”.

Politoloq Zaur Məmmədov isə sənədin qəbul edilmə məqsədindən söz açıb:

"Məqsəd Dağlıq Qarabağın müstəqilliyini tanımaqdır. Sərhəd məsələsində tələsməyimizin də səbəbi budur. Deməli bir tərəfdən Azərbaycan və Rusiya, digər tərəfdən Ermənistan və Fransa... ABŞ-ın mövqeyi indiki halda çox vacibdir. Vaşinqton Avropa İttifaqının yanında yer alarsa, Qafqaz sülhün yox, alovun mərkəzinə çevriləcək. Ona görə də, son 3 gündür Azərbaycan ən üst səviyyədə Vaşinqtona ismarıclar göndərir. Bakı Ağ Evdən cavab gözləyir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR