Logo

"Bu da əcnəbi rəqqasə və bizim bayraq” - Murad Arif "Eurovision"dakı qalmaqallı görüntüdən DANIŞDI

"Bu da əcnəbi rəqqasə və bizim bayraq” - Murad Arif "Eurovision"dakı qalmaqallı görüntüdən DANIŞDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Eurovision"da yarımfinal zamanı ölkəmizi təmsil edən sənətçilərdən biri Azərbaycan bayrağını ayağının arasında saxlayıb. Bayrağın bu şəkildə saxlanılması sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Sfera.az-ın məlumatına görə, bununla bağlı bəstəkar-müğənni Murad Arif də tənqidi fikirlər səsləndirib. O qeyd edib ki, 13 il ərzində hər il "Eurovision" nömrələrini xaricdən almışıq:

"O proyektlər xaricdə düşünülüb, yazılıb, tərtib olunub. Mahnısı, "bek”i, rəqqası, mətbuat danışmanı, müğənni meneceri, səhnədə müğənniyə su verəni, taksi çağıranı, köynək ütüləyəni - hamısı əcnəbi.

Ölkə bazamızda Avroviziya mütəxəssisləri qrupu hazırlamaq kimsənin ağlına gəlmədi, ya da ki, sərf etmədi. Ölkəyə yatırım olardı, studiyalar, rəqs qrupları, bekvokal qrupları yaranardı, müəlliflər formatı anlayar, formata uyğun təkliflər verərdi. Gənclər, yeni kadrlar maariflənərdi. Yox, xaricdən olsun! Xaricdən! Hər şey xaricdən! Bu da əcnəbi rəqqasə və bizim bayraq”.

"Bu da əcnəbi rəqqasə və bizim bayraq” - Murad Arif "Eurovision"dakı qalmaqallı görüntüdən DANIŞDI

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR