Paşinyanın türk qorxusu: "Bunun Ermənistan dövləti üçün böyük faciəyə çevriləcəyini bilir"
Bununla Paşinyan nə demək istəyib?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Mirinin fikrincə, bu açıqlaması ilə Paşinyan institutlaşmış düşmənçilik modeli təklif edir və müəyyən mənada onun da həddini müəyyənləşdirir:
"Paşinyanın bu açıqlamasında söhbət ondan gedir ki, türklərə münasibətdə ermənilərin düşmənçilik siyasəti mərkəzləşdirilmiş şəkildə düşünülmüş siyasətin tərkib hissəsi olmalıdır. Əks təqdirdə, xaotik və bir mərkəzdən idarə olunmayan istənilən qruplaşma və şəbəkələrin Türkiyəyə qarşı törətdikləri təxribat bütövlükdə Ermənistan dövləti üçün böyük faciəyə çevrilə bilər. Paşinyan, görünür hədsiz düşmənçiliyin bumeranq olaraq Ermənistanın özünün əleyhinə çevrilə biləcəyindən qorxur”.
Həmsöhbətimiz qeyd etdi ki, düşmənçilik deyəndə Paşinyan tək Ermənistanın Türkiyəyə qarşı düşmənçiliyini nəzərdə tutmur, bütövlükdə dünyada mövcud olan erməni diasporunu da ciddi mənada nəzərə alır:
"Yəni diasporun özü belə institutlaşmış şəkildə vahid mərkəzdən idarə olunan siyasət çərçivəsində fəaliyyət göstərməlidir. Ancaq o, Ermənistanın inkişafını istəyirsə, düşmənçiliyi birdəfəlik istisna etməli idi. Düşmənçilikdən danışırsa, deməli burada o, sistemli fəaliyyəti nəzərdə tutur”.
Rüfət SULTAN
Sfera.az






