Logo

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ötən il olduğu kimi, 2021-ci ildə də kreslosunu itirən yüksək vəzifəli məmurlar var. Kimisi yaşına görə, kimisi korrupsiya, vəzifələrindən sui-istifadə əməllərinə görə, kimisi də Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu postla vidalaşmalı olub.

Sfera.az "Qafqazinfo"ya istinadən 2021-ci ilin geridə qalan 5 ayı ərzində vəzifəsini itirən məmurları təqdim edir.

Sözsüz ki, vəzifəsinin yüksəkliyinə görə, siyahıya sabiq səhiyyə naziri Oqtay Şirəliyev başçılıq edir. 16 il bu postda qalan nazir, xüsusən də pandemiya dövründə səssizliyə ilə seçildi. Bu da istənilən halda ictimaiyyətdə haqlı narazılıqlara səbəb oldu. Nazirin vəzifəsindən azad edilməsində səhiyyə ocaqları rəhbərlərinin özbaşınalıqlarının da rolunun olduğu istisna deyil. Hər halda koronavirus xəstələrinin dövlət tərəfindən tikilib istifadəyə verilmiş klinikalara pul müqabilində yerləşdirilməsi səhiyyə naziri üçün böyük minus sayıldı.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Ramin Quluzadə isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib. 4 il nazir kimi çalışan 44 yaşlı məmur, hazırda Azərbaycan Prezidentinin İşlər müdiridir.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Son günlərdə vəzifəsini itirənlərdən biri də "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovdur. 10 il bu vəzifədə qalan sabiq sədr, bir müddət əvvəl dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Onu da əlavə edər ki, Q.Hüseynov "Azərsu" ASC-nin sədri təyin olunmazdan əvvəl Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti idi.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Qorxmaz Hüseynovdan bir neçə gün əvvəl isə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov kreslosu ilə vidalaşmalı oldu. 2014-cü ildən rayon başçısı olan Məmmədov DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanıldı. Mənimsəmə və korrupsiya əməllərinə görə barəsində həbs qətimkan tədbiri seçilən sabiq icra başçısı hazırda dəmir barmaqlıqlar arxasındadır.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Əhməd Əhmədzadəyə də 2021-ci il düşərli olmadı. 76 yaşlı sabiq məmur Prezident sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Sabiq sədrin Baş nazir Əli Əsədovun müşaviri təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, bu barədə rəsmi təsdiq yoxdur.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

2021-ci ildə külli miqdarda mənimsəməyə görə həmn vəzifəsini itirən, həm də həbs edilən yüksək vəzifəli məmurlardan biri də "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovdur. Onun barəsində CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ 3 milyon 572 min 427 manatdır.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Xalidə Bayramova digərlərinə nisbətən vəzifəsi bir qədər aşağı olsa da, mütəmadi olaraq qalmaqallarla yadda qalıb. O, bu gün Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad edilib. 57 yaşlı Xalidə Bayramova Səbail RİH-də birinci müavin kimi 4 icra başçısı yola salsa da, 14 ildir ki, rayonda ən önəmli vəzifəni idarə edirdi. Onun adı hələ 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı. O gün isə sabiq birinci müavinin adı növbəti bir cinayətdə hallanmışdı. Belə ki, o, yaxın qohumuna saxta vaksin sənədi almaq üçün vəzifəli şəxslərə müraciət etmişdi.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Vəzifəsini itirənlər arasında BDU-nun sabiq rektoru Abel Məhərrəmovun oğlu Anar Məhərrəmov da var. Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrini daşıyan Anar Məhərrəmov ötən ay geri çağırıldı. 1978-ci il təvəllüdlü A.Məhərrəmov 22 yaşından Xarici İşlər Nazirliyində çalışır. O, 2016-cı ildən Azərbaycanın İspaniyadakı səfiri vəzifəsini tuturdu.

2021-ci ildə yüksək vəzifəsini itirən məmurlar... - ADLAR

Bundan başqa, 2021-ci ildə Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım İbrahimova, Polşada eyni vəzifədə olan Həsən Həsənov, Estoniyadakı səfirimiz Murad Nəcəfbəyli və onun İordaniya Haşimilər Krallığındakı həmkarı Rasim Rzayev də geri çağırılıb.

2021-ci ildə vəzifəsini itirənlər arasında Azərbaycan Ordusunun generalları da var. Belə ki, Baş qərargah rəisinin müavini general-leytenant Zahid Hüseynov, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi general-mayor Lənkəran Əliyev və İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general mayor Rasim Əliyev yaş həddinə görə ehtiyata buraxılıblar.

Onu da qeyd edək ki, adıçəkilən generallardan əvvəl, sabiq Qərargah rəisi Nəcməddin Sadıkov və birlik komandirləri general-leytenant Rövşən Əkbərovla general-mayor Xəqani Cəbrayılovun ötən ilin sonlarında ordudan uzaqlaşdırıldığı bəlli olsa da, bu barədə rəsmi məlumat yalnız bu ilin aprelində açıqlandı. Bu generallardan Rövşən Əkbərov hazırda həbsdədir. O, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində Azərbaycan vətəndaşı, iş adamı Əliyev Elçini öldürməkdə ittiham olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR