Fuad Muradov Yevgeniy Primakovun rəhbəri olduğu təşkilatda GÖRÜŞ KEÇİRDİ
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yevgeniy Primakovun rəhbəri olduğu təşkilatda görüş keçirib.
Bu barədə RosSotrudniçestvo-nun feysbuk səhifəsində rəsmi məlumat verilib.
Moskva şəhərində MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal agentliyin (Россотрудничество) rəhbərliyi keçirilən görüşdə əsasən humanitar sahədə əməkdaşlıq müzakirə edilib.
Sfera.az xəbər verir ki, görüş Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Hökumətlərarası Dövlət Komissiyasının 27 aprel 2021-ci tarixində keçirilmiş 19-cu iclası ilə əlaqədar Moskvaya səfər çərçivəsində baş tutub.
Görüşdə Azərbaycanın Cənubi Qafqazdakı lider mövqeyindən bəhs edilib.
Eyni zamanda səmimi əməkdaşlıq üçün diskussiya mühitinin davam etməsi üçün bu cür platformaların vacibliyi qeyd edilib.
Qeyd edək ki, adı 20 Yanvar hadisələrində hallanan Yevgeniy Primakovun nəvəsinin də adı və familiyası Yevgeniy Primakovdur və o, hazırda Rossotrudniçestvo-nun rəhbəridir.

İnci






