Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətindən bildirib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.
"İnsidentdə iştirak edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir", - DİN-dən qeyd edilib.
Qeyd edək ki, sosial şəbəkə istifadəçisi F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb. F.Rəsulzadənin döyülməsinə səbəb kimi bir müddət əvvəl onun şəhid Xudayar Yusifzadə ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım göstərilir. Həmin paylaşım sosial şəbəkə istifadəçiləri tərəfindən ciddi etirazla qarşılanıb.






