Gənclər və İdman naziri dünyasını dəyişdi - Azad Rəhimovun nəşi Bakıya gətirilir
Kateqoriya məlum deyil
ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir:
"Lakin hazırda Azad Rəhimovun vəziyyəti ağır qiymətləndirilir".
***
Uzun müddətdir, ABŞ-da müalicə olunan İdman və gənclər naziri Azad Rəhimov dünyasını dəyişib.
Sfera.az-ın məlumatına görə, 57 yaşında xəstəxanada vəfat edən nazirin nəşi bu saatlarda Bakıya gətiriləcək.
Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.
Sfera.az olaraq, mərhumun yaxınlarına başsağlığı veririk.
Allah rəhmət etsin.
Türkan
Sfera.az






