Logo

Ermənistandakı AES-ə görə hər an ikinci Çernobıl faciəsi yaşana bilər – “Region dövlətləri AYAĞA QALXMALIDIR!”

Ermənistandakı AES-ə görə hər an ikinci Çernobıl faciəsi yaşana bilər – “Region dövlətləri AYAĞA QALXMALIDIR!”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistandakı "Metsamor" AES dünyadakı ən təhlükəli nüvə stansiyalarından biri hesab olunur.

Avropa Komissiyasının Ermənistanla tərəfdaşlıq sazişinin icrası barədə işçi qrupunun 2020-ci il üzrə hesabatında deyilir ki, Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası tezliklə bağlanmalı və təhlükəsiz şəkildə istismardan çıxarılmalıdır. Lakin beynəlxalq təşkilatların çağırışna baxmayaraq, Ermənistan stansiyanın fəaliyyətinə xitam vermir.

Məsələ ətrafında Sfera.az-a danışan təhlükəsizlik eksperti Elmar Nurəliyev region dövlətlərinin Metsamor AES-in fəaliyyətinin sonlandırması üçün çağırış etməli olduğunu bildirib:

"Hesab edirəm ki, həm region dövlətləri, həm beynəlxalq təşkilatlar qəzalı vəziyyətdə olan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinə diqqətsiz yanaşmamalı, öz narahatlıqlarını bildirməlidirlər.

Qeyd edim ki keçmiş sovet hakimiyyəti sözügedən atom elektrik stansiyasının işləməsinə iradını bildirmiş, onun təhlükəsiz fəaliyyətinə inanmayıb istifadə olunmasına qadağa qoymuşdu. Lakin Ermənistan 1995-ci ildə həm yerli, həm də beynəlxalq dairələrin narazılığına baxmayaraq, ölkədə ciddi enerji böhranının olduğunu əsas gətirərək Metsamoru işə saldı.

Bu AES köhnə, istifadə müddəti bitmiş avadanlıqlarla təchiz edilib. Reaktorlarda qəzanın baş verməsi demək olar ki an məsələsidir. Məlum olduğu kimi stansiya 11 ballıq ərzaidə yerləşir. AES-in ətrafında 5 tektonik qırılma var ki, onlardan da biri stansiyadan cəmi 500 metr aralıda yerləşir. Artıq elə bunu demək kifayətdir ki, vəziyyətin nə qədər riskli olduğu anlaşılsın. 1988-ci ildə Spitak ərazisində baş vermiş zəlzələ də bu stansiyanın fəaliyyətinin bölgə region üçün böyük təhlükə yaratdığını sübut edir".

Ekspert Metsamor AES-də təhlükəsizlik tədbirlərinin də minimum səviyyədə olduğunu vurğulayıb:

"Mütəxəssislər dəfələrlə bildiriblər ki, AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. Nümunə olaraq deyə bilərəm ki, 1982-ci ilin oktyabrında AES-də baş vermiş yanğın 7 saatdan sonra ciddi müdaxilə göstərildikdən sonra söndürülüb. Araşdırmalar onu da göstərir ki, bu qədər riskli vəziyyətə baxmayaraq yanğından sonrakı dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, AES-in təhlükəsizlik avadanlıqları ilə təchiz edilməsi istiqamətində hər hansı addım atılmayıb".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR