Logo

Kəmaləddin Heydərov danışdı - “Bizdə pul nə gəzir onları maliyyələşdirək?”

Kəmaləddin Heydərov danışdı - “Bizdə pul nə gəzir onları maliyyələşdirək?”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsinə münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

"O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”.

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: "Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.

(Unikal.org)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR