Ermənistanda revanşizm qalib gəlsə... – “Zəngəzurdan koridor kimi yox, öz ərazimiz kimi istifadə edəcəyik”
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında Qarabağ məsələsinə toxunarkən, tərəfləri revanşist ritorikadan çəkinməyə çağırıb. Konkret ad çəkilməsə də söhbətin məhz Ermənistandan getdiyi bəllidir.
Maraqlıdır, Rusiya İrəvanı revanşist ritorikadan çəkindirmək üçün ona münasibətdə hansı addımlar ata bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov düşünür ki, Rusiyanın əlində olan təsir vasitələri Ermənistanı revanşist ritorikadan əl çəkməyə kifayət etmir: "Zaxarova səsləndirdiyi revanşist ritorika sözləri hər iki tərəfə ünvanlansa da, ancaq Ermənistan tərəfə aiddir. Azərbaycan artıq problemi həll edib və yenidən müharibə etmək iddiasında deyil. Ermənistanda isə revanşistlər fəallşaraq, yenidən işğal siyasəti həyata keçirmək istəyir. Ermənistanda qarşıdan seçkilər gəlir. Revanşistlərin məqsədi isə seçkilərdə səs qazanmaqdır.
Rusiyaya gəldikdə isə onlar heç vaxt Ermənistana real və ardıcıl təzyiq göstərməyiblər. İndiki halda isə Rusiyanın əlindəki təzyiq vasitələri Ermənistanı belə davranışdan əl çəkməyə bəs etmir. Belə bir ritorikanı Ermənistanda əsasən müxalifətdə olan bəzi qüvvələr qızışdırır. Ermənistanda revanşizm yenidən baş qaldırsa, ölkəmiz artıq Zəngəzurdan koridor kimi deyil, Azərbaycan ərazisi kimi istifadə edəcək. Ona görə ki, Azərbaycanın yaratdığı status-kvo artıq Rusiya tərəfindən də qəbul olunur və Kreml bunu dəyişməyə hazırlaşmır. Çünki indiki halda bölgədə Rusiyanın iştirakı müəyyən dərəcədə təmin olunub”.Elçin






