ABŞ-ın təzyiq mexanizmi qalib gəldi: Rusiyaya qarşı sanksiyalara hansı ölkələr qoşulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ABŞ, Polşa və ardınca da Slovakiya ABŞ diplomatlarını ölkədən çıxarıb.
Maraqlıdır, Rusiyaya qarşı bu sanksiya qruplaşmasına başqa hansı ölkələr qoşula bilər və bütün proseslər sonda nə ilə nəticələnəcək?
Məsələ ətrafında Sfera.az-a danışan politoloq Natiq Miri rus qoşunlarının sərhəddən geri çəkilməsinə elə bu baş verənlərin səbəb olduğunu dedi:
"Rusiyalı diplomatların deportasiya məsələsi ABŞ tərəfindən seçilən taktikadır. Görünən odur ki, Şərqi Avropada Rusiyaya qarşı qruplaşma yaranır. Rusiya həqiqətən də ABŞ-ın istədiklərini etməsə və aqressiv siyasətindən, hərbi müdaxilədən dönməsə, qruplaşmaya daha çox ölkə qoşulacaq. Dünən Rusiya ABŞ-ın nə qədər ciddi olduğunu anladı və Şoyqu qoşunun dislakasiya yerinə qayıdacağını bildirdi. Bu ilk növbədə ABŞ-ın istəklərinin reallaşması deməkdir. Ona görə bundan sonra gözlənilir ki, Rusiya və ABŞ liderlərin hansısa ölkədə görüşü keçirilsin. ABŞ səfiri Sallivanın Rusiyadan ABŞ-a göndərilməsi də bundan xəbər verir".
Ekspert Rusiyaya qarşı sanksiyalara Litva, Estoniya, Ruminiya, İsveç və başqa ölkələrin də qoşula biləcəyini qeyd edib:
"Rusiya artıq anlayıb ki, ABŞ istəklərində ciddidir və bundan sonra real təhlükə yarana bilər. Polşa və Çexiyadan sonra bir çox ölkələr rus diplomatlarını deportasiya edə və sanksiya tətbiq edə bilərdi. Həmin ölkələr arasında NATO-nun istənilən üzvü, Pribaltika, Skandinaviya ölkələri yer ala bilərdi. Buna görə də Rusiya geri çəkildi və ABŞ-a mesaj verdi ki, danışıqlara hazırdır".
Əzizə Zeynal
Sfera.az






