Logo

Paşinyan seçkiləri uduzsa Azərbaycan hərbi əməliyyatlara başlayacaq – Zəngəzur uğrunda

Paşinyan seçkiləri uduzsa Azərbaycan hərbi əməliyyatlara başlayacaq – Zəngəzur uğrunda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Ermənistanda revanşistlər hakmiyyətə gələcəksə, Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizinin açılması üçün hərbi əməliyyatlar keçirməsi mümkündür”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, bu dəhlizin açılması regionda yeni bir siyasi-iqtisadi nizam formalaşdıracaq:

"Azərbaycan seçkidə Paşinyanın qalib gəlməsini gözləyir. Paşinyan qalib gələcəyi təqdirdə, Mehri dəhlizinin açılmasına gedəcək. Amma Azərbaycan fors-major situasiyalara hazır olmalı və Zəngəzur dəhlizinin açılması üçün bütün "rıçaq”ları işə salmalıdır.

Prezident İlham Əliyevin Zəngəzurla bağlı verdiyi bəyanat Ermənistanda ciddi böhrana səbəb olub. Məhz ertəsi gün Zəngilan və Qubadlı istiqamətində Ermənistan tərəfindən atəş açılması Rusiya tərəfindən həyata keçirilib. Məqsəd bu məslələdə Azərbaycana təzyiq etməkdir. Azərbaycanın cavab verməməsi bu təxribatın Rusiyadan qaynaqlandığnı düşünməyə əsas verir”.

Politoloq həmçinin Ermənistanda siyasi vəziyyətin mürəkkəbləşəcəyini və seçkilərdə Paşinyana qarşı növbəti hərbi qiyamın mümkün ola biləcəyini bildirib:

"Ona görə də Azərbaycan Zəngəzurla bağlı öz strategiyasını həyata keçirəcək və  Naxçıvanla birbaşa əlaqə təmin ediləcək. Türkiyə də bu prosesdə var və Naxçıvanda Türkiyə hərbi kontingenti Zəngəzur məsələsinə görə Əlahiddə Ümumqoşunla birgə mütəmadi təlimlər həyata keçirir. Azərbaycan Mehri dəhlizini açdıqdan sonra Qarabağdakı separatçıların aradan götürülməsi baş verəcək. Mehri dəhlizinin açılması ilə Azərbaycan növbəti siyasi-hərbi  qələbəsini təmin edəcək”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR