Logo

İftara qədər işləməyən restoranlarla bağlı açıqlama – Bu, qanun pozuntusudur?

İftara qədər işləməyən restoranlarla bağlı açıqlama – Bu, qanun pozuntusudur?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ramazan ayı girəndən ictimai-iaşə obyektləri ilə bağlı bir sıra söz-söhbətlər yayılıb. Belə ki, bəzi vətəndaşlar bir sıra restoranların iftara qədər fəaliyyət göstərmədiyini, bunun dünyəvi dövlətdə yolverilməz olduğunu vurğulayırlar. Qeyd edilir ki, həmin  obyektlər inanclı insanlara hörmət etdikləri kimi, oruc tutmayan şəxsləri də nəzərə almalıdırlar.

Maraqlıdır ki, restoranların bu cür addımı nə dərəcədə doğrudur? Və ya belə olduğu halda istehlakçıların hüquqları pozulurmu?

Bununla bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev Sfera.az-a açıqlamasında deyib ki,həmin iaşə obyektləri dövlət deyil, özəl müəssisələrdirlər və onların sahibləri də müstəqildirlər:

"Bu barədə özləri qərar verirlər. Əgər sahibkarların biznes maraqları varsa, təbii ki, işlətməlidirlər. Əks halda, iftara kimi obyektin fəaliyyətini məsləhət görmürlərsə, onlara heç kim qadağa qoya və ya təzyiq göstərə bilməz. Digər insanların hüquqlarının qorunması baxımından iaşə obyektlərinin işləməsi yaxşı olar. Amma rəqabət mühitində kimin işləyib, kimin işləməməsinə özləri qərar verir, nəticə etibarilə dövlətə vergi ödəyirlər. Onlara tövsiyə vermək səlahiyyətlərimiz yoxdur.

Restoranlardan biri işləmirsə, digəri işləyir. Fikrimcə,burda heç bir problem yoxdur. Vətəndaşlarımız digər yerlərin xidmətindən də istifadə edə bilərlər. Qanunvericilikdə elə bir qayda yoxdur ki, siz axşama qədər işləməlisiniz”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza açıqlamasında Nazirlər Kabinetinin 94 saylı qərarına istinad edib: "Həmin qərarda göstərilib ki, restoranlar iş saatları barəsində qapısında məlumat qoymalıdır. Lakin restoranların iş saatları – hansı saatdan hansı saata kimi fəaliyyət göstərməsi ilə bağlı heç bir tələb yoxdur. Ölkədə biznes qurumları üçün kifayət qədər sərbəst iş şəraiti yaradılıb. Vaxtı qeyd etməklə restoranlar iş rejimini istədikləri kimi özləri müəyyən edə bilərlər. Burada restoranların üzərində öhdəlik yoxdur ki, o gündüz işləməlidir, ya yox. Bu barədə mənə dünən iki zəng gəlib. Amma qeyd etdiyim kimi restoranlar sərbəstdirlər, sadəcə istehlakçılara yazılı məlumat vermək şərtilə”.

Günay Rəsulqızı
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR