Logo

Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi - VİDEO

Damlanın oxuduğu toyda atəş açıldı, polis əməliyyat keçirdi - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqını olub.

Sfera.az xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda havaya atəş açılması səbəb olub.

İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.

Saxlanılanlar arasında Damlanın prodüseri Şamil də olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser, həmçinin basqın zamanı lentə aldığı görüntüləri də instaqram səhifəsində yerləşdirib.

/Qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR