Logo

Oğlunun noutbukunda Baydenə yazdığı məktub aşkarlandı: “Məni xilas etmək üçün prezident ol”

Oğlunun noutbukunda Baydenə yazdığı məktub aşkarlandı: “Məni xilas etmək üçün prezident ol”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidentinin oğlu Hanter Baydenin noutbukunda  tapılan məlumatlarla bağlı  yeni təfərrüatlar bəlli olub.

Sfera.az-ın məlumatına görə, Daily Mail xəbər verir ki, ekspertlər noutbukdakı məlumatların səhih olduğuni dəqiqləşdirib.

Nəşrin məlumatına  görə, Hanter Baydenin narkotik ticarəti və fahişəliklə əlaqəli biznes kimi qaranlıq işlərlə məşğul olmasına işarə edən məlumatların da həqiqətəuyğun olduğu meydana çıxıb.

Daily Mail həmçinin xəbər verir ki, noutbukda Hanterin atasına ünvanladığı məktub da aşkar edilib. Həmin məktubda o, atasından acizanə surətdə prezidentlik yarışmasında iştirak etməsini xahiş edir.

"Sən seçkilərə qatılmasan, mən heç vaxt xilas olmaq şansı qazanmayacağam”,- Daily Mail 2019-cu ilə aid məktubdan sitat gətirir.

Jurnalistlər sözügedən məlumatların "Maryman & Associates”-in eksperti Bred Meriman tərəfindən təqdim edildiyini vurğulayır. Adı çəkilən peşəkar düz 30 il Federal Təhqiqatlar Bürosu strukturlarının informasiya təhlükəsizliyi üzrə mütəxəssis olub.
 
Mənbə: Pravda.ru
Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR