Logo

Koronavirusun daha təhlükəli növü AŞKARLANDI: 18 mutasiyanın birləşməsindən əmələ gəlib

Koronavirusun daha təhlükəli növü AŞKARLANDI: 18 mutasiyanın birləşməsindən əmələ gəlib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Braziliyada COVID-19-un yeni növü aşkarlanıb.

Sfera.az-ın məlumatına görə, yeni növün 18 mutasiyanın birləşməsindən əmələ gəldiyi qeyd olunub.

Mütəxəssislərin fikrincə, bu növ kifayət qədər təhlükəlidir və Braziliyanın Amazonas əyalətində görünən "P1”, İngiltərədəki "B.1.1.7”, Cənubi Afrikadakı B.1.1.351 növləri ilə oxşar əlamətlərə malikdir.

Tədqiqatçılara görə, yeni növün daha sürətli yayıldığını, eyni zamanda təsir effektinin güclü olduğunu demək üçün hələ tezdir. Sözükeçən mutasiya  "mövcud növlərin inkişafı” kimi dəyərləndirilir  və yeni xüsusiyyətlərə sahib olduğu deyilir.

Braziliyalı virusoloq Renato Santana bu növün aşkar edildiyi şəxslərin ölkə xaricinə getmədiyini bildirib. Onun sözlərinə görə, mutasiyanın nə zaman və harada yarandığını müəyyən etmək üçün araşdırmalar aparılmalıdır.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR