Logo

“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi

“Bu xərcləri ləğv etsək, uşaqpulu verilə bilər” – Ekspertdən büdcə dəyərləndirməsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaqpulunu vermək üçün dövlət büdcəsinin imkanları geniş olacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycanda uşaqpulunun veriləcəyi halda dövlət büdcəsinin onu nə dərəcədə qarşılaya biləcəyinə aydınlıq gətirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:

"Azərbaycan dövlət büdcəsindən hər il təkcə iki maddə üzrə 10 milyard manat vəsait xərclənir. Büdcədəki hər maddə üzrə olan sair xərcləri də toplayanda əlavə 2 milyard manat da formalaşır. Yəni, Azərbaycan dövlət büdcəsindən gərəksiz məsələlərə təxminən 12-13 milyard manata qədər vəsait xərclənir. Onun da 70 faizi korrupsiya yemidir.

Ölkəmizdə hər bir uşağa ayda təxminən 100 manat uşaqpulu vermək üçün isə 3-3,5 milyard manat vəsait lazımdır. Bu da onu göstərir ki, kifayət qədər əhəmiyyətsiz xərcləri dayandırsaq, uşaq pulunu vermək üçün Azərbaycanın dövlət büdcəsinin imkanları geniş olacaq”.

Həmsöhbətimiz hesab edir ki, hökumət insan kapitalının gələcəyini nəzərə alaraq, uşaqpulu məsələsinin həllinə önəm verməlidir: "İndiki halda isə büdcə xərclərinə baxanda belə qənaətə gəlmək olar ki, Azərbaycanda ən ucuz kapital insan kapitalıdır. Dünyada isə bunun əksidir, insan kapitalı önə çəkilir. Azərbaycan da neftdən gələn gəlirləri insan kapitalına çevirmək strategiyası götürüb. Digər tərəfdən, büdcənin buna imkanı da var”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR