Logo

Məktəbə getmədən məzun olanlar – Bu il 11-ciləri nələr gözləyir?

Məktəbə getmədən məzun olanlar – Bu il 11-ciləri nələr gözləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu il orta məktəbi bitirən 11-ci sinif şagirdləri tarixi an yaşayacaqlar. Belə ki, onlar məktəbə getmədən mərtəbdən məzun olacaqlar”.

Sfera.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, əslində əvvəlki dövrdə də bir çox məktəbdə qeyri-rəsmi də olsa, bu cür hallar vardı: "Yəni, şagirdlərin valideyni direktorla "razılıq" əldə edirdi və şagird məktəbə ancaq KSQ (kiçik summativ qiymətləndirmə), BSQ (böyük summativ qiymətləndirmə) yazmaq lazım olanda gedirdi. Özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər var idi ki, onlar ümumiyyətlə dərsə gəlmirdilər. Amma pandemiya dövründə məktəb olmadığı üçün 1 ildir, bu proses dayanıb. Covid-19 həm də bəzi direktorların gəlirinə ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki, onlayn-distant dərslərdə iştirak etməməsi üçün "razılıq" tələb edənlər var, amma kütləvi deyil”.

Ekspert bildirib ki, 15 apreldən məktəbə ayaq qoymayan, getməyən şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər:

"Niyə dərslər onlayn-distant qaydada keçirildiyi halda, imtahanı ənənəvi keçiririk? Mən də bilirəm, hamı deyəcək ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. Bunlar həll oluna bilən problemlərdir. İkincisi, 15 gün sonra məktəbə getmədən buraxılış imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb. Düzdür, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var. Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbulunu başlamayıb. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib çıxarır. Yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas dövrlərində gərginliyə səbəb olur.

Təəssüflər olsun ki, Təhsil nazirliyi ümumiyyətlə bu proseslərdən kənardadır. Yəni, qəbul və buraxılış imtahanı ilə bağlı hörmətli Təhsil nazirliyi heç vaxt mövqeyini nümayiş etdirmir. Düzdür, deyirlər ki, DİM bizimlə razılaşdırılmış qaydada imtahanlar barədə qərar qəbul edir. Bu prosesləri bilən hər kəsə aydındır ki, DİM üçün Təhsil nazirliyinin təsdiqi formal xarakter daşıyır. Onsuz da Təhsil nazirliyində bu prosesləri bilən yoxdur və hansı layihə təqdim edilsə, təsdiq olunacaq”.

K.Əsədovun sözlərinə görə, bizi çətin dövr gözləyir: "Məktəbə getməyənlərin nəticələri elan olunandan sonra bunun məktəbin adına, Təhsil nazirliyinin fəaliyyətinə aid olmasından tutmuş, bunu öz uğurlu fəaliyyəti kimi təqdim edəcək icra hakimiyyətlərinə qədər bir qurum da bu proseslərdə şagirdləri ilə maraqlanmır.  Ümid edirəm ki, DİM yaxın günlərdə elektron ərizə qəbuluna başlayacaq. Artıq ilk imtahana 15 gün qalıb. Əvvəlki illərin məzunlarının imtahan təsirləri martın sonunda elan olunacaq deyilmişdi, amma hələ də rəsmi məlumat yoxdur. Ola bilsin ki, hələ mart ayı tam sona çatmayıb, ona görə qalıb.  Ümumiyyətlə, bu il həm Təhsil nazirliyi, həm də DİM şagirdlərin və abituriyentlərin  talelərinə laqeyd münasibət göstərirlər”.

Günay

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR