Mən qaçana oxşayıram? - Paşinyan
Kateqoriya məlum deyil
Mən qaçan insana bənzəyirəm? Heç kim xalqın verdiyi qərardan qaçacağımı düşünməsin.
Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Artaqatsotn bölgəsinə səfəri zamanı deyib.
"Ter-Petrosyan özü siyasi karyerasında 2 dəfə qaçmağın nümunəsini göstərib. İnsanlar məni güllələməli olduqlarına qərar versələr belə, divarın önündə dayanacağam. Qaçmayacağam", - deyə Paşinyan bildirib.
Qeyd edək ki, Levon Ter-Petrosyan daxili siyasi böhrandan çıxmağın yeganə yolunun Baş nazir Nikol Paşinyanın dərhal istefa verib, ölkədən qaçması olduğunu demişdi.






