Logo

Bir həftədən sonra karantin rejimi sərtləşdirilə bilər - AÇIQLAMA

Bir həftədən sonra karantin rejimi sərtləşdirilə bilər - AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Əgər bir həftə ərzində yoluxma yenə də eyni templə artarsa, fikrimcə, karantin sərtləşdirilməlidir”.
 
Sfera.az xəbər verir ki, bunuu pravda.az-a açıqlamasında ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərova deyib.
 
Həkim infeksionist bildirib ki, hazırki epideoloji göstərici region üçün yüksək rəqəmdir: "Bu bir həftəlik bayram günlərindən sonra yoluxma sayının artıb-artmayacağı barədə daha dəqiq danışmaq olar. Çünki bildiyiniz kimi, rayonlara gediş-gəliş və kafe-restoranlar açıqdır. Sutka ərzində yoluxma sayı təxminən 1000 nəfərdir. Bir həftədən sonra da artım belə olarsa, yəqin ki, sərt karantinin tətbiqinə başlanılacaq”.
 
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 iyun tarixinədək uzadılıb. Ölkə ərazisində 20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR