Bayden Putinin “danışaq” təklifini sükutla qarşıladı – Jurnalistin sualı cavabsız qaldı
Kateqoriya məlum deyil
ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinlə danışmağa razı olub-olmadığına dair sualı cavablandırmayıb.
Baydenin koronavirusun yayılmasına qarşı mübarizə ilə bağlı çıxışı bitdikdən sonra jurnalistlərdən biri ona Rusiya prezidentinin təklifi ilə bağlı sual ünvanlayıb. ABŞ prezidenti sualı cavabsız qoyaraq vitse-prezident Kəmalə Harrisin müşayiəti ilə tələsik tribunanı tərk edib.
Sfera.az xatırladır ki, martın 17-də ABC News-a verdiyi müsahibəsində Bayden qeyd etmişdi ki, Rusiya prezidentinin ABŞ-dakı seçkilərə müdaxiləsi sübut olunsa, o, buna görə cavab verəcək. Elə həmin söhbətdə Bayden Rusiya prezidentinin ünvanına hörmətsiz ifadələr səsləndirmişdi.
ABŞ liderinin sözlərini şərh edən Putin Baydenlə canlı efirdə açıq söhbət etmək istədiyini söyləmişdi. Rusiya prezidenti amerikalı həmkarı ilə strateji sabitlik, koronavirus pandemiyası və regional münaqişələri müzakirə edə biləcəyini açıqlamışdı. Putin həmçinin əlavə etmişdi ki, həftə sonu Tayqaya səfər edəcək, ona görə də Amerika lideri Co Baydenlə ya cümə günü, ya da Tayqa səfərindən sonra danışıqlar aparmağa hazırdır.Tərcümə: Selcan
Sfera.az





