Logo

Bayden “əməkdaşlıq üçün yeni imkanlar” dedikdə nəyi nəzərdə tutur? – İlham Əliyevə yazılan məktubdakı mesaj

Bayden “əməkdaşlıq üçün yeni imkanlar” dedikdə nəyi nəzərdə tutur? – İlham Əliyevə yazılan məktubdakı mesaj
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Bayden ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusunda olduğunu bildirib. O, bunu ölkə prezidenti İlham Əliyevə ünvanladığı bayram təbrikində qeyd edib.

Maraqlıdır, Co Bayden yeni imkanlar dedikdə nəyi nəzərdə tutur? Yaxın perspektivdə ABŞ Azərbaycan əlaqələrində hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Cümşüd Nuriyev ABŞ rəhbərliyinin Azərbaycanla əlaqə qurmaq istəyini dünya bazarına yeni oyunçuların daxil olması ilə əlaqələndirib:

"Trampın hakimiyyəti dövründə də Azərbaycanla ABŞ-ın münasibətləri normal idi, lakin Bayden daha isti münasibət göstərir. ABŞ dünyada təkcə demokratiyanın carçısı deyil. Bu ölkə həm də azad bazarın formalaşması üçün can atır. Beləliklə ABŞ istəyir ki, dünya bazarına yeni oyunçular daxil olsun. Bunlar da resurslarla bağlı oyunçulardır ki, Azərbaycan da ora daxildir. Bildirim ki, dünya neft resurslarının 3 faizə qədər Xəzər dənizindədir. Lakin qaz resurslarımız da kifayət qədərdir. Azərbaycan həm də türk dünyasının Orta Asiyaya açılan qapısıdır. ABŞ da bunu çox gözəl bilir".

Həmsöhbətimiz Qarabağ müharibəsindən sonra əldə olunan qələbəninin də ölkəmizə maraqların artması ilə nəticələndiyini deyir:

"Qarabağ müharibəsindən sonra Azərbaycana artan maraq digər ölkələrin iqtisadi müstəvidə əlaqələr qurmağa can atması ilə nəticələnir. Düzdür, biz ABŞ bazarı üçün mühüm dəyişiklik edə bilmərik, amma Azərbaycan Avropanın Enerji Təhlükəsizlik bazarında yeni və ABŞ maraqlarına uyğun oyunçudur. Rusiya enerji təhlükəsizliyi məsələsində inhisarçı mövqedə çıxış edir. Azərbaycan yeganə ölkə oldu ki, Rusiyanın bu iqtiqamətdəki bütün təhdidlərinə baxmayaraq öz maraqlarına uyğun hərəkət etdi".

Ekspert ABŞ-ın yaxın illər üçün Azərbaycanla bağlı planlarının olduğunu da qetd edib:

"ABŞ-da seçkilər zamanı Azərbaycan çox uzaqgörən siyasət yürütdü. Yəni, bizdə Rusiyadan fərqli olaraq ABŞ əleyhinə hansısa addım atılmadı. Bütün bu məsələlər ABŞ-ın diqqətindədir. Yaxın illərdə ABŞ-ın Azərbaycanla bağlı böyük layihələri olacaq. Bu layihələr isə təkcə iqtisadi yox, həm də siyasi istiqamətdə reallaşa bilər".
 
 
Sfera.az
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR