“Dərhal üzr istəsin!” - “Sputnik V” vaksininin yaradıcılarını qəzəbləndirən açıqlama
Kateqoriya məlum deyil
Rusiya istehsalı olan "Sputnik V”-in yaradıcıları sözügedən preparatın Avstriyada təcili təsdiqlənməsi perspektivini "rus ruletkası” ilə müqayisə edən Avropa Dərman Agentliyinin (EMA) sədri Christa Virtumer-Hohedən üzr istəməyi tələb ediblər.
Sfera.az RİA. Novosti-yə istinadla xəbər verir ki, həmçinin Avstriya Səhiyyə Agentliyinin də təmsilçisi olan Virtumer-Hohe bir müddət əvvəl ORF telekanalının efirində peyvənd olunanlarla bağlı məlumatların azlığına işarə edərək bu fikri söyləmişdi.
"Sputnik V”-ni bilavasitə təsdiqləyən AB dövlətləri haqqında mənfi şərhlərinə görə EMA sədri Krista Virtumer-Hohedən dünya ictimaiyyəti qarşısında üzr istəməsini tələb edirik. Onun şərhləri EMA-nın apardığı hazırkı ekspertiza prosesinə siyasi müdaxilənin mümükünlüyü ilə bağlı ciddi suallar yaradır”,- deyə Rusiya istehsalı olan vaksinin Twitterdəki səhifəsində bildirilir.Bəyanat müəllifləri Avropa tənzimləyicisinin heç bir başqa dərman haqda bu şəkildə danışmadığını vurğulayıblar. Rusiya vaksininin yaradıcıları həmçinin qeyd ediblər ki, agentliyin "Sputnik V”-i təsdiqləyən 46 ölkə tənzimləyicisini etibardan salmağa haqqı yoxdur.
Tərcümə: Selcan
Sfera.az





