ABŞ-la Rusiya arasında “peyvənd müharibəsi” – İşə kəşfiyyat xidmətləri qarışıb?
Kateqoriya məlum deyil
ABŞ Dövlət Departamenti Rusiyanı peyvəndlərlə bağlı yanlış məlumat yaymaqda günahlandırıb.
Sfera.az-ın ria.novosti-yə istinadla məlumatına görə, ABŞ Rusiya kəşfiyyatını koronavirus peyvəndləri haqqında yanlış məlumat yaymaqda ittiham edib.
"Təsdiq edə bilərik ki, ABŞ Dövlət Departamenti nəzdində fəaliyyət göstərən Qlobal Qarşılıqlı Əlaqələndirmə Mərkəzi Rusiya kəşfiyyat xidmətləri tərəfindən idarə olunan və dezinformasiya yayan dörd Rusiya onlayn platformasını aşkar edib. Bu saytlarda ölkəmizdə (tibbi tənzimləyici tərəfindən) FDA tərəfindən təsdiqlənmiş iki peyvənd haqqında dezinformasiya yer alıb”, -deyə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
"Aydındır ki, Rusiya köhnə hiylələrinə qayıdıb, bununla da koronavirusa qarşı müsbət təsirinə əmin olduğumuz peyvəndlər haqqında yanlış məlumat yayaraq insanların həyatını təhlükə altına salır. Bildiyimiz kimi, ruslar artıq müəyyən müddətdir ki, bu işlə məşğuldur”,- deyə Prays qeyd edib.Tərcümə: Selcan
Sfera.az





