Logo

Sərt karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA: "Yaya doğru..."

Sərt karantin rejimi ilə bağlı daha bir AÇIQLAMA: "Yaya doğru..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Son həftə koronavirusa yoluxmada ötən müddətə nisbətdə artım müşahidə olunur. Keçən il indiki kimi 300 yoluxma olduğu zaman sərt karantin rejimi tətbiq edilmişdi. Bu səbəbdən hazırda yenidən sərt karantin rejimi məsələsi gündəmə gəlir.

Məsələ ilə bağlı Sfera.az-a danışan professor Adil Qeybulla sərt karantin rejiminin tətbiqinə ehtiyac olmadığını və yaya doğru pandemiyanın bitəcəyini bildirib:

"Yoluxma sayının sürətlə artması epidemoloji vəziyyətin pisləşməsi deməkdir. Son günlərdə yoluxmada müəyyən enmə və qalxmaların olması normaldır. ÜST rəhbəri pandemiyanın nəzarət altına alındığını desə də mutasiya hələ də var. Lakin bu pandemiyanın uzun müddət davam edəcəyi anlamına gəlmir. Bu baxımdan hesab edirəm ki, yaya qədər hətta yoluxma sayında zamanla müəyyən artmalar olsa belə, biz pandemiya ilə  vidalaşacağıq.

Lakin indiki məqamda vaksinasiyaya önəm vermək, karantin qaydalarına riayət etmək lazımdır. Bununla bərabər karantin qaydalarının sərtləşdirilməyəcəyi qənaətindəyəm".

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR