“İki gün girovluqda qaldım...” – Razi Nurullayev
Kateqoriya məlum deyil
"Əzizbəyov heykəlinin yanından dönüb Parlamentə gedirəm. Məktəbin qarşısında yolun qırağında bərkimiş və çox çirkli qar topaları yığılıb. 5-6 qadın Fərhad kimi külüng çalır, donmuş çirkli qarı parçalayıb yola tökürlər”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, yollarda qadınların işlədilməsinə sərt reaksiya verib:
"Başa düşmürəm, texnologiya əsrində yaşlı qadınlarımızı niyə traktor əvəzi işlədirlər? Məgər şəhər təsərrüfatının maşınları yoxdur? Axı təzələri də alınıb. Bu çirkli qarı niyə yola töküb zibilləyirsiniz? Traktor kürüsün, toplasın, yığsın maşınlara, aparıb töksün ağacların dibinə. O yazıq qadınlar da başqa yüngül təmizlik işləri aparsınlar”.
R.Nurullayev Bakı Şəhər İcra Hakimiyyətinə pis münasibətinin olmadığını vurğulayıb: ”Amma deməliyəm ki, bu bir-iki gündə şəhər təsərrüfatı işlərinin öhdəsindən gələ bilmədi. Şəhər iflic oldu, mən də iki gün Novxanıda girovluqda qaldım, şəhərə qayıda bilmədim. Olmaz, belə!”.Günay Rəsulqızı
Sfera.az





