Logo

“Daşnaksütyun” xaricə gedən soydaşlarımıza necə tələ qurur? - Açıqlama

“Daşnaksütyun” xaricə gedən soydaşlarımıza necə tələ qurur? - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Daşnaksütyun” bu kimi çirkin əməllərilə heç zaman məqsədinə çatmayacaq”.

Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın "Daşnaksütyun” Partiyası və ona bağlı bəzi qurumların xaricə gedən bir sıra azərbaycanlıları "verbovka” etməyə cəhd göstərməsi barədə mətbuatda yer alan iddialara münasibət bildirərkən, Milli Məclisin deputatı Elman Nəsirovdeyib:

“Daşnaksütyun” xaricə gedən soydaşlarımıza necə tələ qurur? - Açıqlama

"Daşnaksütyun Partiyası terrorçu təşkilatıdır. "Daşnaksütyun” prinsip etibarı ilə xaricə gedən və ya orada yaşayan hər hansı bir azərbaycanlını "verbovka” edə bilər. Amma məsələ ondadır bunu heç cür qəbul edə bilmirəm, buna inanmaq istəmirəm”.

Həmsöhbətimiz hesab edir ki, adıçəkilən terror təşkilatı ilə bu və ya digər formada işbirliyinə gedən şəxs mahiyyət etibarilə azərbaycanlı ola bilməz: "Belələrinin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Onlar pul naminə hər şeyə gedən insanlardır.  Əsl azərbaycanlı isə buna getməz”.

Deputat düşünür ki, "Daşnaksütyun” bu kimi çirkin əməllərilə heç zaman məqsədinə çatmayacaq: "Artıq güclü Azərbaycan dövləti var. Bir gün gələcək indi it damında yaşayan ermənilər özləri Azərbaycana müraciət edərək, Azərbaycan vətəndaşlığını qəbul edib, normal insan kimi yaşamaq istəyini ortaya qoyacaqlar. Ona görə də "Daşnaksütyun”un hansı üsul və vasitələrdən istifadə etməsindən asılı olmayaraq, tarixdə terrorçu kimi qalacaq. Terrorçunun isə sonu məhvdir. Ermənilər hətta ayrı-ayrı azərbaycanlını öz tərəfinə çəkə bilibsə də, belələri azərbaycanlı familyası və adını daşısa da, daxilən, mənən azərbaycanlı deyillər. Sadəcə azərbaycanlı qiyafəsində görünürlər. Onlara arxalanıb, düşmən heç bir niyyətinə nail ola bilməz”.

"Bu vəziyyətlə üzləşənlər yaxşı olar ki, müvafiq orqanlara müraciət etsin”.

“Daşnaksütyun” xaricə gedən soydaşlarımıza necə tələ qurur? - Açıqlama

Bunu isə sayta danışarkən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl söyləyib: "Daşnaksütyun”un belə hərəkətlərə yol verməsi tamamilə mümkündür. İstisna deyil.  Bu qurum hər zaman terrora bağlı olub. Ancaq "Daşnaksütyun”un bu "verbovka”sının kütləvi hal aldığına inanmıram. Lakin nə desən ola bilər. İnanıram ki, Azərbaycanın xüsusi xidmət orqanları bu məsələni nəzərə alırlar”.

Həmsöhbətimiz önləyici tədbir olaraq öz təkliflərini də səsləndirib: "Xaricə gedənlərlə maarifləndirici işlər aparmalıyıq. Digər tərəfdən, yaxşı olar ki, bu vəziyyətlə rastlaşanlar müvafiq orqanlara müraciət etsinlər”.

Elçin
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR