Logo

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rusiya "sülhməramlı”ları  Azərbaycanla Ermənistan, habelə ölkəmizdə yaşayan Yuxarı Qarabağdakı erməni millətindən olan vətəndaşlarla münasibətlərin qurulmasına maneəçilik törədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında 10 noyabr sazişilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gələn Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini dəyərləndirərkən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib:

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Buradakı qüvvələr sülhməramlıların mandatına uyğun funksiyanı həyata keçirməyib. Ərazidəki separatçı rejimə dəstək verməklə məşğul olublar.  Həmin "sülhməramlılar” yenidən erməni anklavının qondarma dövlətini yaratmaq  və onun vasitəsilə Azərbaycan və Ermənistanı nəzarət altında saxlamaq missiyasını həyata keçirir.  Həmçinin bu qüvvələr  Azərbaycanla Ermənistan, habelə ölkəmizdə yaşayan erməni millətindən olan vətəndaşlarla münasibətlərin qurulmasına maneəçilik  yaratmaqla gərginliyin saxlanması üçün əlindən gələni edir.  Rus "sülhməramlı”larının Yuxarı Qarabağda yerləşməsi nəinki həmin ərazidə  separatçıların fəaliyyətinin davamlılığını təmin edir,  eyni zamanda,  oradakı qanunsuz silahlı qüvvələr həm Azərbaycan, həm də Ermənistanın suverenliyini təhdid etməklə bu iki ölkənin Moskvanın nəzarəti altında saxlanılmasına xidmət edirlər”.

"Müəyyən çatışmazlıqları çıxmaqla sülhməramlıların fəaliyyətini qənaətbəxş hesab edirəm”.

Bu fikirlər isə ASDP sədri Araz Əlizadəyə məxsusdur:

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Bir müddət Rusiya sülhməramlıları qudurmuşdular. Səlahiyyət həddini aşırdılar.  Azərbaycan barmağını silkələyəndən sonra isə sülhməramlılar da fəaliyyətlərini normal məcraya salıblar.  Orada atəşkəs davam edir. Bu müsbət haldır".

"Rus sülhməramlıların fəaliyyəti Monitorinq Mərkəzinin nəzarətindədir”.

Bunu isə Milli Məclisin deputatı Asim Mollazadə deyib:

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Sülhməramlılar hazırda əsas funksiyanı, atəşkəsin qorunmasını həyata keçirir.  Onların bu fəaliyyətlərini müsbət qiymətləndirmək lazımdır.  Ermənilərin təxribatları davam etmir, atəşkəsi pozmaq niyyətləri baş tutmur.  Gözləyək görək fəaliyyətləri bundan sonra hansı istiqamətdə davam edəcək.  Yaradılan birgə Monitorinq Mərkəzi istənilən təxribatların qarşısını almağa hazırdır”.

"Rus sülhməramlıları sülhməramlı fəlsəfəsinin prinsiplərini yerinə yetirə bilmədi”.

Milli Məclisin deputatı Razi Nurullayev məsələ ilə bağlı bu fikirdədir:

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Onlar Dağlıq Qarabağdakı ermənilərin,  Ermənistanın gözləntilərini doğrultdular.  Azərbaycan dövləti və xalqının isə maraq və gözləntilərini doğrultmadılar.  Sülhməramlıların tərəf tutması, qərəzli fəaliyyətləri aydın şəkildə görünür”.

”Sülhməramlıların fəaliyyəti tam olaraq tələblərə cavab vermir, amma onların olmasının faydası da var”.

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu isə məsələyə bu cür münasibət bildirdi:

Siyasətçilər Rusiya sülhməramlılarının 100 günlük fəaliyyətini necə dəyərləndirir? - SORĞU

"Birmənalı olaraq sülhməramlıların regiondakı fəaliyyətini tam olaraq tələblərə cavab verən səviyyədə qiymətləndirə bilmərik.  Amma eyni zamanda, onların  regionda olmasının faydaları da oldu.  Ermənilərin təxribatlarının miqyasının azaldılmasında, münaqişənin yenidən alovlanmasının qarşısının alınmasında sülhməramlıların rolu vardır.  Yaradılan birgə  Monitorinq Mərkəzi də vəziyyəti nəzarətdə saxlamağa imkan verib”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR