Mebel fabrikində partlayış oldu: ölən və yaralananlar var
Kateqoriya məlum deyil
Türkiyədə - Bursanın İnegöl rayonunda mebel fabrikində partlayış baş verib.
Sfera.az xəbər verir ki, nəticədə, bir nəfər həyatını itirib, dördü ağır olmaqla, altı nəfər yaralanıb.
Bildirilib ki, fabrikin buxar qazanında baş verən partlayışdan sonra yanğın başlayıb.
Əraziyə çox sayda təcili tibbi yardım, yanğınspndürmə xidməti və polis əməkdaşları cəlb edilib.






