Logo

Erməni deputatların şəkilləri zibil qablarına vuruldu - FOTO

Erməni deputatların şəkilləri zibil qablarına vuruldu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda deputatların vətəndaşlar tərəfindən xüsusi fotoaksiyalarla təhqir olunması prosesi davam edir.

Sfera.az xəbər verir ki, dünən Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının sədri, hakim "Mənim addımım" fraksiyanın üzvü Andranik Koçaryanın fotoları İrəvan küçələrinə yapışdırılaraq üzərinə nalayiq sözlər yazılmışdı. Bu gün isə oxşar aksiyalar digər deputatlar üçün təşkil edilib.

Belə ki, gün ərzində ermənilər bir çox iqtidaryönlü deputatın mənzillərinin yaxınlığına, küçə və zibil qutularına onların fotolarını yapışdırıblar. Sakinlər "Mənim Adımım”dan seçilən millət vəkilləri Hayk Qorqiyan, Sisak Qabrielyan, Lilit Makunç və Mikael Zolyana üzərinə "xain" və "burada satqın deputat yaşayır" sözləri yazılmış fotolarla öz etirazlarını bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR