Logo

Hansı məhsullar bahalaşıb?

Hansı məhsullar bahalaşıb?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb.

Sfera.az xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki aya nisbətən digər ərzaq məhsullarından daha çox bahalaşma unun, yumru düyünün, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, təzə balığın, südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, pendirin, yumurtanın, kərə, zeytun, günəbaxan və qarğıdalı yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, kələmin, xiyarın, bibərin, badımcanın, balqabağın, çuğundurun, yerkökünün, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, meyvə şirəsinin, pivənin qiymətində müşahidə edilib.

Mal və qoyun ətinin, dondurulmuş balığın, bananın, portağalın, kivinin, qozun, şabalıdın, pomidorun qiymətlərində isə ucuzlaşma qeydə alınıb.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR