"Məlumat təsdiqini taparsa, qanun çərçivəsində
adekvat davranış nümayiş etdirəcəm”.
Bu sözləri Sfera.az-a açıqlamasında Prezident
Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin özü də daxil olmaqla, Milli Məclisin 15 deputatını məhkəməyə verməsini şərh edərkən deputat Fəzail Ağamalı deyib:
"Məlumatı xəbər saytlarından oxudum. Hələlik bununla
bağlı rəsmi məlumat yoxdur. Məhkəmədən də hər hansı bildiriş almamışam. Ramiz
Mehdiyevin öz hüququndan istifadə edərək, məni və digərlərini məhkəməyə verməsilə
bağlı əlimdə təsdiq olunan məlumat olmadığından fikir bildirmək istəmirəm. Məlumat
rəsmi təsdiqini taparsa, bizdə Azərbaycan qanunları çərçivəsində hüquqlarımızı
qorumaq üçün davranışlarımızı ortaya qoyacağıq”.
"Məsələ təsdiqini tapsın, baxarıq”.
Bu sözləri deputat Elman Nəsirov söyləyib: "Hələlik
məlumat rəsmi təsdiqini tapmayıb. Qoy, təsdiqini tapsın, sonra baxarıq”.
"Məni niyə məhkəməyə verib?”
Deputat Siyavuş Novruzov sualla bağlı bunları deyib:
"Məhkəməyə veribsə, gedərik məhkəməyə. Burada nə var ki? Amma
maraqlıdır, məni
niyə məhkəməyə verib? Həmişə
doğru bildiklərimi söyləmişəm, bu günə qədər heç kimi təhqir etməmişəm”.
"Sözümüzü
demişik”.
Deputat Məlahət
İbrahimqızının məsələyə münasibəti isə qısa olub: "Bu məsələyə zamanında cavab verdiyimdən üzərində geniş dayanmaq istəmirəm".