“Nə var e, Ələsgər, Ələsgər...” – Alen Delonla filmə çəkilən Əsgər Məmmədoğlunun acı həyat hekayəsi
Bu gün mərhum aktyor, Azərbaycanın "Çelentano”su adlandırılan Əsgər (Ələsgər) Məmmədoğlunun doğum günüdür.
Sfera.az məşhur aktyorun kədərli həyat hekayəsini təqdim edir:
Görünüşü ilə daim diqqət çəkən, rejissorların tam kəşf edə bilmədiyi aktyor Əsgər Məmmədoğlu 1946- cı ildə Bakının Kubinka məhəlləsində çoxuşaqlı ailədə doğulub. Aktyor 12 yaşında atasını itirir və evin bütün yükü onun üzərinə düşür. O, küçələrdə tum və dondurma sataraq ailəni dolandırır. Uşaqlıqdan aktyor olmaq həvəsi onu sənətə gətirir. Anasının ciddi müdaxilələrinə baxmayaraq, o, aktyor olmağa qərar verir. 1975 -ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirən Əsgər Məmmədoğlu bundan sonra ailə həyatı qurur.
Əsgər Məmmədoğlu Ələsgərə necə çevrilir?

1976- cı ildə, 30 yaşında sevdiyi xanım Nazilə ilə ailə həyatı qurur. Onun bu evlilikdən 2 övladı - bir qızı və bir oğlu olur. Zahiri görkəminə görə, onu İtalyan aktyoru Çelentanoya bənzədirlər. "Bəyin oğurlanması”, "Alma almaya bənzər”, "Qərib Cinlər diyarında”, "Yol əhvalatı”, "Qəm pəncərəsi”, "Məhəllə” kimi məşhur filmlərdə rol alır. Ancaq ona ən çox məşhurluq gətirən "Bəyin oğurlanması” filmindəki "Ələsgər”obrazı olur. Bu ad xalq arasında daha çox sevildiyindən elə adı da Ələsgər olaraq qalır.
Ümumiyyətlə kariyerası dövründə bir dəfə də olsa kinoda baş rola çəkilmir. Epizodik rollara çəkilən aktyor, bununla bağlı rejissorlara da müraciət etmir. Müsahibələrinin birində "nədən baş rolllara çəkilmək istəmirsiniz?” sualına aktyor gülərək cavab verir: "Baş rolların mətnini əzbərləyə bilmirəm. Mənimki odur ki, səhnəyə girim, tamaşaçının əhvalını qaldırım və çıxım gedim ”.
Dünya şöhrətli fransız aktyoru Alen Delonla eyni filmə çəkilir...

2002 ci ildə "Əməkdar artist” adına layiq görülür. Ancaq ən böyük arzusu "Xalq artisti” adını almaq olur. Lakin o adı almaq aktyora qismət olmur. Sonuncu çəkildiyi film "Xoxan”-dan sonra aktyorun səhhətində ciddi problemlər yaranır.
Səhhətindən heç zaman şikayətlənməyən aktyorun burnundan qəfil qan açılır...Ona insult diaqnozu qoyulur. Televiziya proqramlarından birində qonaq olan Əsgərin burnundan qəfil qan açılır. Efiri yarımçıq tərk edən Əsgəri xəstəxanaya çatdırırlar. Onun qaraciyərində xərçəng tapılır. Həyat yoldaşı və uşaqları onun xəstəliyini bilsə də, bunu aktyordan gizlətməli olurlar. 40 gün xəstə yatan aktyorun səhhəti getdikcə ağırlaşır. Həkimlərin tibbi müdaxilələrinə baxmayaraq, o 2015-ci ildə 69 yaşında dünyasını dəyişir. Əsgər Məmmədoğlu öz vəsiyyətinə görə, anasının yanında "Qurd qapısı” qəbiristanlığında dəfn edilir.
Jalə Mehdi
Sfera.az





