“Ermənilər status məsələsini qaldıran kimi...” – Sabiq XİN rəhbəri Bakının mümkün cavab zərbəsi haqda
"Ermənilər status məsələsini qaldıran kimi, Bakı da azərbaycanlıların Ermənistana qayıdaraq, eyni statusun onlara da verilməsini tələb edə bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağda yaşayan ermənilərin geri qayıtması fonunda Bakının da Ermənistandan didərgin salınan azərbaycanlıların təhlükəsizlik şəraitində geri dönməsini tələb etməsi mümkünlüyünə toxunarkən sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib:
"Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərə ölkə əhalisinin digər hissəsindən fərqli hər hansı siyasi status verilməyəcək. Onlar da digər adi vətəndaşların sahib olduqları hüquqlara malikdirlər.
Ancaq buradakı ermənilər status tələbini qaldıran kimi, Bakı da azərbaycanlıların Ermənistana qayıdaraq onlara da bu və ya digər şəkildə status verilməsini tələb edə bilər. Burada ən yaxşı variant ayna şəkilli addımdır. Bu mənada həmin mövqe məntiqli və güclüdür”.
Bununla belə, həmsöhbətimiz İrəvanın soydaşlarımızın Ermənistana qayıtması üçün əlverişli şərait yaradacağına inanmadığını bildirdi.Elçin
Sfera.az





