Azərbaycanda məzunlara kağız diplom verilməyəcək – YENİ QANUN
Kateqoriya məlum deyil
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.
Təhsil eksperti Kamran Əsədov qanunun mahiyyətini öz "Facebook" səhifəsində şərh edib. Ekspert bildirib ki, diplomlar bundan sonra əvvəlki qayda ilə verilməyəcək:
"Azərbaycanda təhsil haqqında dövlət sənədləri
elektron qaydada veriləcək. Yəni daha kardon - kağız diplom verilməyəcək. Məzuna
kod veriləcək, lazım olanda ora daxil olub, sənəd yoxlanılıb götürüləcək".
Sfera.az
Əzizə Zeynal






