“Prezident onları işdən çıxarmaq istəsəydi” – Növbəti “yarpaq tökümü”, yoxsa...
Kateqoriya məlum deyil
"Dövlət başçısının məlum açıqlamasını məmurlara növbəti xəbərdarlıq kimi dəyərləndirirəm”.
Bunu Sfera.az-a açıqlamasında Prezident İlham Əliyevin AzTV-dəki çıxışında bəzi məmurların rəhbərlik etdiyi qurumların Şuşada regional nümayəndəliklərini yaratmaq istəyini tənqid etməsinə münasibət bildərərkən politoloq Cümşüd Nuriyev deyib:
"Dövlət başçısı bununla narahatverici məqamları ictimaiyyətlə bölüşdü. Bunu gözlənilən kadr islahatlarının anonsu kimi dəyərləndirmirəm. Prezident onları işdən çıxarmaq istəsəydi, bunu cəmiyyətlə niyə bölüşürdü? Bu mənada yaxın vaxtlarda adı keçən həmin məmurların işdən uzaqlaşdırılacağına inanmıram”.
Siyasətçi hesab edir ki, həmin açıqlama məmurlara xəbərdarlıq kimi nəzərdən keçirilməlidir: "Bu həm də Prezidentin xalqa daha yaxın olmaq istəyindən doğan haldır. Çünki xalq Prezidenti sevir. Ona görə də Prezidentin öz fikirlərini xalqla bölüşməsini cəmiyyət müsbət qəbul edir”.Elçin
Sfera.az





