Logo

Konstitusiya Məhkəməsinin məşhur hakimi təqaüdə göndərildi - FOTO

Konstitusiya Məhkəməsinin məşhur hakimi təqaüdə göndərildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Konstitusiya Məhkəməsinin hakimi Südabə Həsənova təqaüdə çıxıb.

Sfera.az xəbər verir ki, 74 yaşlı hakim vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, S.Həsənova 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. O, müxtəlif vəzifələrdə çalışıb, o cümlədən 1998-2000-ci Azərbaycanın ədliyyə naziri, 2000-2005-ci illərdə Ali Məhkəmənin sədri işləyib. Milli Məclisin 23 dekabr 2005-ci il tarixli qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin 9 hakimi var və onların vəzifədə olmasının son yaş həddi 70-dir. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra edir.

Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimin təyin olunması məsələsinə baxılıb. Humay Elçin qızı Əfəndiyevanın məhkəmənin hakimi vəzifəsinə namizədliyi səsverməyə çıxarılaraq qəbul edilib.

H.Əfəndiyeva Konstitusiya Məhkəməsinin hakimi kimi and içib.

(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR