İtkin düşdüyü bildirilən daha bir hərbçimiz şəhid oldu
Kateqoriya məlum deyil
Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyənləşib.
Sfera.az-ın məlumata görə, şəhid bu gün anadan olduğu Siyəzən rayonu, Yenikənd kəndinə gətiriləcək və dəfn ediləcək.
Tural ailənin yeganə oğlan övladı olub.
Allah rəhmət eləsin!
(report)






