Logo

Bakı metrosu açılışa hazırlaşır - Fevralın 15-dən...

Bakı metrosu açılışa hazırlaşır - Fevralın 15-dən...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bakı Metropoliteni" QSC xüsusi karantin dövründə işə cəlb olunmayan əməkdaşlarını 1 fevraldan işə cəlb edir.
 
Sfera.az bildirir ki, Modern.az-a daxil olan məlumata görə, bütün əməkdaşlara, maşinistlərə xidmət göstərdikləri stansiya üzrə işdə olmaq tapşırığı  verilib. Bunun metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində edildiyi vurğulanır.
 
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-ın sorğusuna cavab olaraq deyib ki, bu, yoxlama xarakteri daşıyır:
"Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 1 fevraldan sonra qərar verilməsi gözlənilir. Metro açılacaq, açılmayacaq, açılacaqsa, hansı tarixdən açılacaq, bu, Operativ Qərargahın qərarına bağlıdır".
 
O deyib ki, metro qərar veriləcəyi təqdirdə, metro açılışa tam hazırdır.
 
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən sonuncu brifinqdə 15 fevraldan ali məktəblərdə əyani dərslərin bərpa olunacağı anonsu verilib. Nazir dərslərin başlayacağı təqdirdə metronun fəaliyyətinin bərpa olunacağını qeyd edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR