Logo

Tələbələrin məcburi vaksinasiya edilməsinə çağırış – "Universitetlər yalnız bu halda açıla bilər"

Tələbələrin məcburi vaksinasiya edilməsinə çağırış – "Universitetlər yalnız bu halda açıla bilər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkə üzrə koronavirusa yoluxma statistikası kəskin azaldığı üçün fevralın 1-dən sərt karantin rejimi bir qədər də yumşaldılır. Növbəti həftədən etibarən kafe və restoranlar da yerində xidmət göstərəcək.

Bundan başqa, orta ümumtəhsil müəssisələrində də 1 fevraldan etibarən ənənəvi təhsilin tədrisinə başlanılır.

Təhsil naziri Emin Əmrullayev fevralın 8-15-i aralığında yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində də ənənəvi təhsilə qayıdışla bağlı açıqlama veriləcəyini bildirmişdi.

Bəs, yoluxma statistikasında hansı rekord qeydə alınmalıdır ki, ali təhsil müəssisələrində ənənəvi tədrisə qayıtmaq mümkün olsun? Hazırkı rəqəmlərlə distant təhsilin ləğvi mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini , həkim-radioloq Aydın Əliyev hamının vaksinasiya olunmayacağı təqdirdə yumşalmanın əks effekt verəcəyini bildirib:

"Karantin rejiminin yumşalması üçün birmənalı olaraq hamımız kütləvi olaraq vaksinasiyadan keçməliyik. Əks halda bu günkü rəqəmlər əlbəttə ki, arta bilər. Bildiyimiz kimi yeni, yoluxuculuğu yüksək olan mutasiya da peyda olub. Yəni, peyvənd edilməsək və karantin yumşalsa yoluxma birmənalı olaraq artacaq. Biz bunu öncəki aylarda gördük. Karantin yumşalanda yoluxma artdı, sərtləşdiriləndə azaldı”.

A.Əliyev universitetlərin açılmasının yalnız tələbə və müəllimlərin bir ay içərisində peyvənd olunacağı təqdirdə doğru olduğunu vurğulayıb:

"İndi peyvənd var, əvvəl yox idi. Təhsil müəssisələrinin və digər fəaliyyət sahələrinin tam açılmasını istəyiriksə peyvənd etdirməliyik, başqa yol yoxdur! Tələbələri və müəllimləri peyvənd edərək bir aydan sonra ali və peşə təhsil müəssisələrində ənənəvi tədris üsuluna qayıtmaq olar”.

Sfera.az

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR