Logo

Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR

Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sabiq spiker Oqtay Əsədovun bahalı villası ilə bağlı ortaya çıxan iddia və bu iddianı təsdiqləyən fotofakt sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Sfera.az bildirir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımlarından biri bu mövzuya həsr olunub. Jurnalistin sözügedən paylaşımını diqqətinizə çatdırırıq:

Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR

"Bu da Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Sulutəpədəki villası. Əslində bura kompleksdir və 3-4 hektarlıq sahədə inşa olunub. Peyk görüntülərindən də göründüyü kimi, kompleksdə ikigünbəzli (elə ikibuynuzlu da oxuya bilərsiniz) əcinnə başına oxşayan villa diqqət çəkir. Villanın sağ cinahında sabiq spikerin çay evi və basseyni yerləşir. Əsədov burada qızı və Nazim adlı qardaşı üçün də villalar tikdirib, kompleksdə özəl fitness və bilyard salonları var”.

Jurnalist qeyd edib ki, keçmiş spikerin Şüvəlandakı villasında olduğu kimi burada da iri tennis kortu diqqət çəkir:

Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR

"Hələ də tennis Federasiyasına rəhbərlik edən cənab Əsədov elə bilir ki, bu sahə onun şəxsi mülkiyyətidir və bu idman növü mütləq onun villalarının hündür hasarlarının içində olmalıdır. Maraqlıdır, ümumiyyətlə Oqtay Əsədov tennis oynaya bilirmi?”

Xatırladaq ki, Milli Məclisin keçmiş sədri, hazırda deputat mandatı daşıyan Oqtay Əsədovun indiyədək bundan başqa da mülkləri ortaya çıxıb. Onun Şüvəlanda da 2 hektardan artıq ərazidə belə bir villası var. İddialara görə, amma bu da Oqtay Əsədovun villalarının yekun siyahısı deyil.

Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR
Oqtay Əsədovun Sulutəpədə milyonluq villası ortaya çıxdı – Qızının və qardaşının da... + FOTOLAR

Orxan

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR