Logo

“Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı

“Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm. O zaman  sualınıza canlı yayımda cavab verəcəyəm”.

Sfera.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 28-də "Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbəti zamanı müxbirin Şuşanın mənsubiyyəti ilə bağlı qalmaqallı bəyanatını xatırladarkən deyib.

Jurnalist Paşinyana müraciətlə deyib: "Burada Şuşa uğrunda döyüşənlər də  dəfn olunub,  sizsə  bəyan etmisiniz ki,  Şuşa Azərbaycan şəhəridir".

Nikol Paşinyan bu suala belə cavab verib: "Siz dediniz ki, mən Şuşanın Azərbaycan şəhəri olduğunu söyləmişəm? Bunu harada demişəm? Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm, o zaman  sualınıza canlı yayımda cavab verəcəyəm. Sitat gətir ki, belə demişəm, bu olmayınca isə qalan heç bir sualınıza cavab verməyəcəm”.

Xatırladaq ki, yanvarın 20-də  parlamentdə hökumət saatında çıxış edən Paşinyan münaqişə başlamazdan əvvəl  Şuşa əhalisinin 90% -ni azərbaycanlılar təşkil edib.

Mənbə:News.am
Tərcümə: Selcan
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR