Logo

“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq

“Toy edə bilməyən cütlüklər gərginlik keçirir” – Qadağanın götürülməsi Milli Məclisdə müzakirə olunacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Artıq bir ilə yaxındır ki, karantin rejimi ilə əlaqədar ölkədə toyların keçirilməsinə qadağa qoyulub.

Məhz bu səbəbdən ötən il ərzində evlənən cütlüklərin sayında ciddi azalma maşahidə edilib. Bu isə öz növbəsində gələcəkdə demoqrafik vəziyyətə mənfi təsirini göstərəcək. Eyni zamanda qərarın qüvvədə olması, toy sənayesinin çöküşü ilə nəticələnib ki, bu da işsizlər ordusunun sıralarını daha da artırıb.

Maraqlıdır, sərt karantin rejimin yumşaldığı bir vaxtda deputatlar sözügedən problemi Milli Məclisdə qaldırmağı düşünürmü?

Sfera.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib:

Deputat Razi Nurullayev yaxın zamanlarda Milli Məclisin plenar iclasında deputatların bu məsələni qaldıra biləcəyini qeyd edib:

"Toyların bərpası məsələsini yaxın zamanlarda plenar iclasda qaldırmaq mümkündür. Bu, mənim və digər parlament üzvləri tərəfindən ola bilər. Artıq ölkəyə koronavirus əleyhinə peyvənd gətirilib və vaksinasiya başlanılıb. Hesab edirəm ki, bir-iki ay müddətinə risk qrupları vaksinasiya olduqdan sonra toyların təşkilinə icazə veriləcək.

Toyların hansı şəkildə keçirilməsi məsələsinə isə aidiyyatı orqanlar qərar verəcək. Çox istərdim ki, biz virusla yaşamağı öyrənək, toylar keçirilsin, sərt karantin rejimi tətbiq edilməsin. Amma hələ ki, virusla yaşamağı öyrənməmişik və dövlət də bunun fərqindədir. İnsanların əsəbləri pozulub, toy etməyən cütlüklər gərginlik keçirir. Bütün bu problemlərin həlli üçün vaksinasiyanın tez bir zamanda yekunlaşması lazımdır".

Deputat Fazil Mustafa isə toyların keçirilməsi ilə bağlı qərara hər hansı müdaxilənin olmamasını daha uyğun hesab edir:

"Toyların keçirilməsi ilə bağlı qərarı Operativ Qərargah verir. Milli Məclis toyların keçirilib-keçirilməməsi kimi məsələlərlə məşğul deyil. Deputatlar sadəcə olaraq, məsələni qaldırıb, müzakirə edə bilər, başqa cür bu Operativ Qərargahın işinə qarışmaq olar. Qərargah epidemoloji vəziyyəti təhlil edib, uyğun qaydaları tətbiq edəcək. Parlament öz mülahizəsinə görə hansısa fikir söyləyə bilər, amma bu mülahizə tibbi nöqteyi nəzərdən yetərli deyil".

Sfera.az

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR