Logo

Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - RƏSMİ AÇIQLAMA

Dövriyyəyə 500 manatlıq əskinaslar buraxılıb? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə Azərbaycan Mərkəzi Bankı (AMB)  tərəfindən dövriyyəyə 500 manatlıq əskinasların buraxıldığına dair məlumatlar yayılıb. İstifadəçilər hətta əskinasın fotosunu da ictimailəşdiriblər.

Sfera.az bildirir ki, məsələ ilə bağlı AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləməyib:

"AMB tərəfindən dövriyyəyə 500 manatlıq əskinaslar buraxılmayıb və buraxılması da gündəmdə  deyil”.

N.Əliyevin sözlərinə görə, 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR