Logo

“Qarabağ Dirçəliş Fondu” milli birliyin nümayişi üçün gözəl fürsətdir

“Qarabağ Dirçəliş Fondu” milli birliyin nümayişi üçün gözəl fürsətdir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bu addım Azərbaycan xalqının öz milli birliyini bir daha nümayiş etdirməsi üçün gözəl fürsətdir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin "Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında imzaladığı fərmanı dəyərləndirərkən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib:

"Bu gün millət və dövlət olaraq qarşımızda duran ən mühüm vəzifə işğaldan azad olunan torpaqlarımızın dirçəldilməsi, qaçqın və məcburi köçkünlərimizin ata-baba yurdlarına qaytarılması və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Qarabağa cənnətə çevirmək vəzifəsidir”.

Deputat qeyd etdi ki, bu vəzifənin reallaşdırılması tək dövlətin işi deyil. Həm də ümumxalq işidir:

"Çünki hər bir Azərbaycan vətəndaşı istəyir ki, işğaldan azad olunmuş torpaqlarımızda həyata keçiriləcək böyük qayıdış prosesinə töhfə versin. Eyni zamanda, təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil, dünyada yaşayan çoxsaylı soydaşlarımız bu prosesdə iştirak etməklə bir növ Vətən qarşısında öz borclarını yerinə yetirmək istəyirlər.

Ona görə də bu cür fondun yaradılması aktual olmaqla yanaşı, həm də milli çağırış idi. Sevindiricihaldır ki, belə bir fond yaradıldı. Bu fonda yığılan maliyyə vəsaiti işğaldan azad olunmuş torpaqlarımıza həyatın, təbəssümün, gülüşün, haqq-ədalətin qayıtmasına səbəb olacaq”.

"Bu böyük bir layihədir və Azərbaycana imkan yaradacaq ki, həmin bölgəni yenidən canlandırsın, dünyanın ən gözəl məkanlarından birinə çevirsin”

Bu sözlər isə Milli Məclisin deputatı Asim Mollazadəyə məxsusdur:

"Bu gün Azərbaycan dövləti qarşısında duran əsas hədəf Qarabağımızı dünyanın ən gözəl güşəsinə çevirməkdən ibarətdir. Vandal ermənilər Qarabağı məhv edib, daşın üstündə daş qoymayıblar. Azərbaycanın buradakı mədəni irsini dağıdıblar.

Dirçəliş prosesi təbii ki, məcburi köçkünlərimizin öz doğma el-obalarına qayıtması ilə müşayiət olunmalıdır. Böyük infrastruktur layihələrilə yanaşı, Qarabağdakı şəhər və qəsəbələrimizin bərpa və inkişaf planları hazırlanır.

Bu işlərin həyata keçirilməsinə yerli mütəxəssislərlə yanaşı dost ölkələrədn şirkət və mütəxəssislər də dəvət olunublar. Bu böyük bir layihədir və Azərbaycana imkan yaradacaq ki, həmin bölgəni yenidən canlandırsın, dünyanın ən gözəl məkanlarından birinə çevirsin”.

Elçin

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR