Logo

Bu şəxslərin NƏZƏRİNƏ - Onlar da Qarabağda yaşaya biləcəklər

Bu şəxslərin NƏZƏRİNƏ - Onlar da Qarabağda yaşaya biləcəklər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məcburi köçkün olmayan vətəndaşlarımızın da işğaldan azad edilmiş ərazilərimizdə gedib daimi yaşamaq imkanı olacaq.

Sfera.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-ə müsahibəsində deyib ki, işğaldan azad edilmiş ərazilərə qayıdış zamanı təbii ki, üstünlük həmin ərazilərdən məcburi köçkün düşmüş insanlara veriləcək çünki onlar orada torpaqlarını, evlərini itiriblər.

F.Hüseynov bildirib ki, təbii ki, gələcəkdə, məcburi köçkünlərin daimi məskunlaşması yekunlaşdırılandan sonra hər bir ölkə vətəndaşı işğaldan azad edilmiş ərazilərdə gedib daimi yaşamaq imkanı əldə edəcək:

"Azərbaycanın hər bir vətəndaşının ölkəmizin müxtəlif regionlarında əmlak almaq hüququ var və bu baxımdan işaldan azad edilmiş ərazilərdə də əmlak ala biləcəklər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR