Logo

Anna Akopyan istintaqa cəlb olunur? – Rəqibləri Paşinyanı həyat yoldaşı ilə “vurur”

Anna Akopyan istintaqa cəlb olunur? – Rəqibləri Paşinyanı həyat yoldaşı ilə “vurur”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Anna Akopyan həyat yoldaşı, Ermənistanın baş naziri Nikol Paşinyandan daha vacib və əhəmiyyətli fiqurdur”.

Sfera.az xəbər verir ki, bunu "Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan söyləyib.

Partiya sədrininsözlərinə görə, dövlət başçısı vəzifəsini de-yure icra edən şəxs bir müddət əvvəl bildirmişdi ki, xanımını generallara mənəvi dəstək olmaq üçün komanda məntəqəsinə yollayıb.

"Elə bircə bu fakt araşdırma aparmağa ehtiyac yaradır, çünki onun xanımının komanda məntəqəsində olmaq hüququ yox idi”,- deyə Qazinyan vurğulayıb.

Siyasətçinin fikrincə, Anna Akopyan Qarabağ müharibəsində erməni tərəfinin məğlubiyyətində gizli rol oynadığı üçün mütləq dindirilməlidir.

Mənbə: News.am

Tərcümə: Selcan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR